Barselonadakı terrorçu tutuldu

Barselonadakı terrorçu tutuldu
22:54 17 Avqust 2017
349 Digər
Ölkə mətbuatı
A- A+

Barselonada terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “24 Horas” telekanalı məlumat yayıb.  

 

Qeyd edək ki, bundan əvvəl yük maşınını piyadalın üzərinə sürən sürücünün kimliyinin məlum olduğu bildirilmişdi.    

 

Sürücünün Driss Oukabir adlı şəxs olduğu bildirilir. Polisin məlumatına görə, o, furqon tipli yük maşınını Santa-Perpetua-de-Moqoda yaşayış məntəqəsində icarəyə götürüb. Onun Melilye şəhərində anadan olduğu və Ripol rayonunda yaşadığı qeyd olunur.

 

Polis hazırda saxlanılan şəxsin sosial şəbəkələrdəki əlaqələrini araşdırır.  

 

Qeyd edək ki, bu gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb, azı 50 nəfər xəsarət alıb.

 

Polis, həmçinin, sürücünün və digər silahlı şəxsin insidentdən sonra restorana hücum edərək oradakı insanları girov götürdüyü barədə yayılan xəbərləri təkzib edib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281420

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR