Bakıda marketdə yanğın olub

Bakıda marketdə yanğın olub
23:42 17 Avqust 2017
362 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ Bakıda yanğın hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində, saat 23 radələrində qeydə alınıb.
Qəsəbənin "D" yaşayış massivi ərazisindəki "Ballı market"də baş vermiş yanğın zamanı elektrik avadanlıqlarından biri alışıb və partlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Suraxanı Rayonu Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib və alovun qarşısı alınıb.
Yanğın zamanı yaxınlıqdakı tibb mərkəzi də zərər çəkib. Hadisə zamanı xəsarət alan olmayıb.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-marketde-yangin-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR