Bakıda qeyri-adi mağaza: Burada kitablar 20 qəpiyə satılır – VİDEO

Bakıda qeyri-adi mağaza: Burada kitablar 20 qəpiyə satılır – VİDEO
23:58 17 Avqust 2017
361 Ölkə
Ölkə mətbuatı
A- A+

Biznes universitetinin məzunu olan Ziya Balıyev açdığı kitab mağazası ilə hər kəsi təəccübləndirib. Çünki bu mağazada kitablar cəmi 20 qəpiklə-1 manat arasındakı qiymətlə satılır.

Publika.az Xəzər TV-yə istinadən bildirir ki, bu kitab mağazası digərlərinə heç bənzəmir. Söhbət Nizami metrosunun yaxınlığında Zərgərpalan küçəsi 137 ünvanındakı bu maraqlı kitab mağazasından gedir.

Biznes universitetinin məzunu olan Ziya Balıyev kitabların ucuz qiymətə satılmasının alıcılar tərəfindən maraqla qarşılandığını deyir.

Ziya Balıyev insanların kitabların olan sevgisini artırmaq üçün belə təşəbbüslərin sayının artmasını istəyir. Onun fikrincə belə ucuz qiymətə olna kitab mağazaları bölgələrdə də yaradılmalıdır ki, insanların oxumağa maraqları artsın.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/210218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR