“Tavriya”nın vurduğu uşaq öldü

“Tavriya”nın vurduğu uşaq öldü
00:19 18 Avqust 2017
351 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində avtomobillə vurulan piyada reanimasiya şöbəsində ölüb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax yolunun Hacıqabul rayonu Nəvahi qəsəbəsindən keçən hissəsində 2005-ci il təvəllüdlü Ağamalıyev Ramil Rəfayət oğlu

 

 Bakı şəhər sakini, Elmar Cəbrinin idarə etdiyi “Tavriya” markalı “10 LH 551” dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub. Ağır xəsarətlər alan yaralı uşaq Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və həkimlərin səyinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281422

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR