Sakindən 3,2 kq marixuana götürüldü

Sakindən 3,2 kq marixuana götürüldü
00:34 18 Avqust 2017
344 Digər
Ölkə mətbuatı
A- A+

 

Sabirabad sakinindən 30 ədəd çətənə kolu və 3,2 kiloqram marixuana götürülüb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qaratəpə kənd sakini, 1988-ci il təvəllüdlü Ramil Rahid oğlu Əhmədovdan üzərindən 0,1 qram heroin götürülüb. Onun həyətinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 23 ədəd, evindən 7 ədəd narkotik vasitə olan çətənə kolu və 3,2 kiloqram qurudulmuş marixuana aşkar edilərək

götürülüb.

 

Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281423

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR