Kataloniya hökuməti ölkədə 3 günlük matəm elan edib

Kataloniya hökuməti ölkədə 3 günlük matəm elan edib
00:42 18 Avqust 2017
307 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Kataloniya hökuməti ölkədə 3 günlük matəm elan edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu, Barselona şəhərində baş vermiş terror aktı ilə əlaqədardır.
Terror qurbanlarının xatirəsi sabah şəhərdə 1 dəqiqəlik sükutla anılacaq. Barselonanın meri Ada Kolau terror aktı qurbanlarının xatirəsinin anılması məqsədilə cümə günü sükut dəqiqəsi elan edib.  
Qeyd edək ki, şəhərdə sürücünün avtomobili piyadaların üstünə sürməsi nəticəsində 12 nəfər həlak olub, daha 80 nəfər xəsarət alıb. Hadisəni törətmiş şəxslərdən 2-i polis tərəfindən saxlanılıb, biri isə atışma zamanı öldürülüb.
Ölkənin Daxili İşlər Nazirliyi baş verənlərin terror aktı olduğunu bildirib. "Reuters" isə İŞİD qruplaşmasının terror aktına görə məsuliyyəti üzərinə götürdüyünü xəbər verib.  

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kataloniya-hokumeti-olkede-3-gunluk-matem-elan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR