Avroliqada "pley-off" mərhələsinin ilk oyunlarına yekun vurulub - NƏTİCƏLƏR

Avroliqada "pley-off" mərhələsinin ilk oyunlarına yekun vurulub - NƏTİCƏLƏR
01:32 18 Avqust 2017
296 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında "pley-off” mərhələsinin ilk oyunlarına yekun vurulub.
"Report" xəbər verir ki, Türkiyə təmsilçisi "Fənərbağça" Makedoniyada "Vardar"a 0:2 hesabı ilə uduzub. İkinci qolu "sarı-lacivərdlilər"in futbolçusu Mehmet Topal öz qapısına göndərib. Komandalar görüşü hərəyə 10 futbolçu ilə başa vurublar. Bu qarşılaşmada "Vardar"ın heyətində "Xəzər Lənkəran"ın sabiq futbolçuları Deyan Blajeviçlə Nikola Qliqorov da çıxış edib. Qliqorov 85-ci dəqiqədə Blajeviçin əvəzinə meydana daxil olub.
Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin sonadək ehtiyatda qaldığı qarşılaşmada Ukrayna "Aleksandriya"sı Belarusda BATE ilə 1:1 hesablı heç-heçəyə nail olub. "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində üstələdiyi Moldova "Şerif"i də Polşada "Legiya" ilə eyni hesablı heç-heçəyə imza atıb.
"Qəbələ"ni Avroliqanın III təsnifat mərhələsində mübarizədən kənarlaşdırmış "Panatinaikos" Yunanıstanda İspaniya "Atletik"inə 2:3 hesabı ilə uduzub.
Yeganə böyük hesablı qələbəni isə İtaliya "Milan"ı əldə edib. "Milan" evdə Makedoniya "Şkendiya"sının qapısından 6 cavabsız top keçirib.
Avropa Liqası
"Pley-off” mərhələsi, ilk oyunlar
17 avqust
21:00. "Dinamo” (Zaqreb, Xorvatiya) - "Skenderbeu” (Albaniya) - 0:1
Qol: Liridon Latifi, 37
21:00. BATE (Belarus) - "Aleksandriya” (Ukrayna) - 1:1
Qollar: Mirko İvaniç, 8 - Yevgeni Banada, 19
21:00. "Apollon” (Kipr) - "Midtyulland” (Danimarka) - 3:2
Qollar: Xaralambos Kiriaku, 15. Jander, 70. Yannis Pittas, 90+1 - Aleksander Sörlot, 38; 74
21:00. "Krasnodar” (Rusiya) - "Srvena Zvezda” (Serbiya) - 3:2
Qollar: İvan İqnatyev, 20. Viktor Klasson, 46. Sergey Petrov, 66 - Slavolyub Srniç, 57. Aleksandar Peşiç, 71
21:45. "Hafnarfyordur” (İslandiya) - "Braqa” (Portuqaliya) - 1:2
Qollar: Halldour-Orri Byornsson, 40 - Paulinyo, 62. Nikola Stoilkoviç, 79
22:00. PAOK (Yunanıstan) - "Ostersun” (İsveç) - 3:1
Qollar: Leo Matos, 38. Aleksandar Priyoviç, 77; 88-penalti ilə - Brva Nuri, 21-penalti ilə
22:00. "Vardar” (Makedoniya) - "Fənərbağça” (Türkiyə) - 2:0
Qollar: Tiqran Barseqyan, 20. Mehmet Topal, 90+2-öz qapısına
Qırmızı vərəqə: Boban Qrnçarov, 90 - Jozef de Souza, 90+3
22:15. "Viktoriya” (Çexiya) - AEK (Kipr) - 3:1
Qollar: Marek Bakoş, 29; 74-penalti ilə. Daniel Kolarj, 36 - Akoran Barrera Reyes, 8
22:30. "Lüdoqorets” (Bolqarıstan) - "Suduva” (Litva) - 2:0
Qollar: Kozmin Motsi, 61. Vircil Misican, 76
22:30. "Altax” (Avstriya) - "Makkabi” (Təl-Əviv, İsrail) - 0:1
Qol: Vidar-Orn Kyartansson, 68
22:30. "Panatinaikos” (Yunanıstan) - "Atletik” (İspaniya) - 2:3
Qollar: Robin Lod, 29. Brayan Kabesas, 55 - Arits Aduris, 68; 74-penalti ilə. Oskar de Markos, 71
22:45. "Legiya” (Polşa) - "Şerif” (Moldova) - 1:1
Qollar: Kasper Hamalaynen, 76 - Siril Bayala, 88
22:45. "Domjale” (Sloveniya) - "Marsel” (Fransa) - 1:1
Qollar: Amedey Vetrix, 12 - Morqan Sanson, 63
22:45. "Ayaks” (Hollandiya) - "Rusenborq” (Norveç) - 0:1
Qol: Samuel Adeqbenro, 77
22:45. "Vitorul” (Rumıniya) - "Zalsburq” (Avstriya) - 1:3
Qollar: Corce Tsukudyan, 7 - Hi Çan Xvan, 2. Hannes Volf, 29. Moanes Dabbur, 31
22:45. "Brügge” (Belçika) - AEK (Yunanıstan) - 0:0
22:45. "Osiyek” (Xorvatiya) - "Austriya” (Avstriya) - 1:2
Qollar: Muzafer Eyupi, 15 - Kristof Monşayn, 26. Rafael Holtshauzer, 60
Yerinə yetirilməyən penalti: Borna Barişiç, 20 ("Osiyek")
22:45. "Milan” (İtaliya) - "Şkendiya” (Makedoniya) - 6:0
Qollar: Andre Silva, 13; 28. Rikkardo Montolivo, 25; 85. Fabio Borini, 67. Luka Antonelli, 69
23:00. "Partizan” (Serbiya) - "Videoton” (Macarıstan) - 0:0
23:05. "Everton” (İngiltərə) - "Hayduk” (Xorvatiya) - 2:0
Qollar: Maykl Kin, 30. İdrissa Quey, 44
23:30. "Maritimu” (Portuqaliya) - "Dinamo” (Kiyev, Ukrayna) - 0:0
16 avqust
20:00. "Utrext” (Hollandiya) - "Zenit” (Rusiya) - 1:0
Qol: Zakariya Labyad, 77
Qeyd edək ki, cavab görüşləri avqustun 24-də keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avroliqada-pley-off-merhelesinin-ilk-oyunlarina-yekun-vurulub-neti-celer

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR