Azərbaycan dili “Google” səsli axtarış sisteminə daxil edildi

Azərbaycan dili “Google” səsli axtarış sisteminə daxil edildi
01:33 18 Avqust 2017
Ölkə mətbuatı
A- A+

“Google” korporasiyası səsli axtarış üçün 30 yeni dil əlavə edib.

Publika.az runews24.ru saytına istinadla xəbər verir ki, səsli axtarışda yeni dillərin sırasına Azərbaycan, gürcü, erməni, hind, urdu və s. dillər daxil edilib. Hazırda “Google”un səsli axtarış sistemi 119 dili dəstəkləyir.

Bundan əlavə, “Google” sisteminin ingilisdilli versiyasında istifadəçilər üçün səsli xidmət vasitəsilə emojiləri seçmək imkanı yaranıb.

Qeyd edək ki, “Google” axtarış sistemində müxtəlif xalqların dillərinə xüsusi diqqət yetirilir. Süni intellekt mütəxəssisləri bu və ya digər dilin incəliklərini “öyrədirlər”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/210223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR