Təminat verirəm ki, müharibə olmayacaq - Cənubi Koreya lideri

Təminat verirəm ki, müharibə olmayacaq - Cənubi Koreya lideri
03:33 18 Avqust 2017
321 Dünya
Ölkə mətbuatı
A- A+

Koreya yarımadasında bir daha müharibə olmayacaq. Cənubi Koreya prezidenti Mun Çje İn hakimiyyətə gəlməsinin 100-cü günü münasibətiylə təşkil etdiyi mətbuat konfransında belə deyib.

Publika.az bildirir ki, o, bölgədəki gərginliyin dialoq yoluyla aradan qaldırılmalı olduğunu qeyd edib:

"Təminat verirəm ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Şimali Koreyaya qarşı hərbi addım atmaq istəsə bunu əvvəlcədən bizimlə müzakirə edəcək".

Cənubi Koreya liderinin sözlərinə görə, Pxenyanın nüvə silahı proqramını inkişaf etdirməsiSeul üçün də ciddi təhlükədir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR