İspaniyada növbəti terror aktı törətməyi planlaşdıran silahlılar zərərsizləşdirilib

İspaniyada növbəti terror aktı törətməyi planlaşdıran silahlılar zərərsizləşdirilib
04:52 18 Avqust 2017
267 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Kataloniya polisi Kambrils bələdiyyəsi ərazisində yeni terror aktları törətməyi planlaşdıran terrorçuların zərərsizləşdirildiyini təsdiqləyib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb. 
"Biz terrorçu olduqları güman edilən şəxsləri məhv etdik", - deyə Kataloniyanın hüquq-mühafizə orqanları "Twitter"də xəbər verib. Xəbərdə bildirilir ki, həmin şəxslər yeni terror aktları törətməyi planlaşdırırmış.
"24 Horas" telekanalının məlumatına görə, 4 terrorçu zərərsizləşdirilib, 1 nəfər yaralanıb. Telekanal bildirib ki, onların üzərində kamikadze kəməri olub. 
Terrorçular Barselonadakı terror aktını təkrarlamağa hazırlaşırmiş.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-spaniyada-novbeti-terror-akti-toretmeyi-planlasdiran-bir-nece-terrorcu-zerersizlesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR