Polşadan Azərbaycana velosipedlə gəldi – VİDEO

Polşadan Azərbaycana velosipedlə gəldi – VİDEO
05:03 18 Avqust 2017
248 Ölkə
Ölkə mətbuatı
A- A+

İyun ayından oğlu ilə səyahətə çıxmış Polşa vətəndaşı Azərbaycana gəlib.

Publika.az ARB TV-yə istinadən xəbər verir ki, minlərlə kilometr məsafəni qət edərək ölkəmizə gəlib çıxmış əcnəbi Salyan rayonundan keçərkən jurnalistlərlə qarşılaşıb.

“Biz səfərimizə Polşadan başlamışıq. Gürcüstan, İran və sonra da Azərbaycanda olmuşuq. Burada insanlar mehribandır”, - səyahətçi Arek Spitova deyib.

O, adətlərimizin onda müsbət təəssürat yaratdığını bildirib. Bölgələrimizin zəngin təbiəti və tarixi abidələrimiz onu valeh edib.

Arek səyahətini Bakıda yekunlaşdırıb, təyyarə ilə Polşaya qayıdacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/210230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR