İspaniyada gün ərzində ikinci terror aktı törədilib

İspaniyada gün ərzində ikinci terror aktı törədilib
05:12 18 Avqust 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Terrorçular Barselona yaxınlığındakı Kambrils şəhərində avtomobili piyadaların üzərinə sürüblər.
"Report"un məlumatına görə, bu barədə "24 Horas" telekanalı xəbər verib.
"Cadena Ser" radiostansiyasının xəbərinə görə, hadisə nəticəsində 2 nəfər ağır, 3 nəfər yüngül xəsarət alıb. Terrorçuların zərərsizləşdirildiyi bildirilir.
Bundan əvvəl isə Kambrils polisi terror aktının baş verdiyini, bir neçə terrorçunun öldürüldüyünü bildirib.
"24 Horas"ın məlumatına görə, antiterror əməliyyatı zamanı 4 terrorçu öldürülüb, 5-i yaralanıb. Telekanal atışmanı əks etdirən kadrları nümayiş etdirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-spaniyada-gun-erzinde-ikinci-terror-akti-toredilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR