Barselonada terror aktında yaralananların sayı 119-a çatıb, hadisəni törədən sürücü tapılmayıb

Barselonada terror aktında yaralananların sayı 119-a çatıb, hadisəni törədən sürücü tapılmayıb
06:32 18 Avqust 2017
177 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Barselonada baş vermiş terror aktında xəsarət alanların sayı 119 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə "El Pais" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.
Qeyd edək ki, bundan əvvəlki məlumatda 100 nəfərin xəsarət aldığı bildirilirdi. Lakin hakimiyyət orqanları yaralananların sayının artacağını qeyd edirdilər.
Avqustun 17-də naməlum sürücü avtomobili Barselonada, Rambla küçəsində piyadaların üzərinə sürüb. Nəticədə 13 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.
"El Pais"in məlumatına görə, polis terror aktını törətmiş şəxslərdən ikisini saxlayıb. Atışma zamanı daha bir terrorçu öldürülüb. Lakin hadisəni törədən sürücü hələlik tapılmayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/barselonada-terror-aktinda-yaralananlarin-sayi-119-a-catib-hadiseni-toreden-surucu-tapilmayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR