Barselonadakı terrorçu sürücü hələ də azadlıqdadır

Barselonadakı terrorçu sürücü hələ də azadlıqdadır
06:34 18 Avqust 2017
174 Digər
Ölkə mətbuatı
A- A+

Barselonada yük maşınını piyadaları vurduqdan sonra Mərakeş və İspaniyanın Şimali Afrikadakı anklavı olan Melilya əsilli iki şəxs həbs edilib. Lakin terror aktında iştirak edən üçüncü şəxs - avtomobili idarə edən sürücü hadisə yerindən qaçmağa müvəffəq olub. APA-nın xəbərinə görə, bu barədə mətbuat konfransında Kataloniya polisinin rəhbəri Xosep Luis Trapero bildirib. Trapero qaçan sürücünün silahlı olduğunu bildirib.

 

Onun sözlərinə görə, polislər Barselonadakı terror aktının Alkanardakı partlayışla əlaqəli olub-olmadığını araşdırır.   

 

Qeyd edək ki, İspaniyanın Alkanar şəhərində sutka ərzində iki partlayış baş verib. Birinci partlayış narkotik vasitələrinin istehsalı laboratoriyasında baş verib. Nəticədə bir nəfər ölüb, 7 nəfər yaralanıb.  

 

İkinci partlayış nəticəsində bir neçə nəfər yaralanıb. Onların arasında polis əməkdaşlarının olduğu bildirilir. Bir nəfərin vəziyyəti kritikdir. Təfərrüatlar açıqlanmır.

 

Terror aktı ilə bağlı iş üzrə şübhəli şəxslərdən biri məhz Alkanarda həbs edilib. 

 

Qeyd edək ki, ötən gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb. Terror aktını törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281434

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR