Cenevrədə Suriya üzrə növbəti danışıqlar sentyabrın əvvəlində başlayacaq

Cenevrədə Suriya üzrə növbəti danışıqlar sentyabrın əvvəlində başlayacaq
07:17 18 Avqust 2017
237 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Cenevrədə Suriya üzrə növbəti danışıqlar sentyabrın əvvəlində başlaya bilər.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Agentliyin Suriya müxalifətinin nümayəndəsi Firas Xalidiyə istinadən verdiyi məlumata görə, hələlik bununla bağlı danışıqlar gedir.
"Bizdə danışıqların tarixi ilə bağlı aydın gündəlik yoxdur. Danışıqların sentyabrın 7-də Cenevrədə aparılması ilə bağlı müzakirələr gedir", - deyə müxalifət üzvü bildirib.
Bundan əvvəl BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura bildirib ki, Cenevrədə Suriya üzrə danışıqların yeni mərhələsinin sentyabrın birinci ongünlüyündə başlaması nəzərdə tutulur. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cenevrede-suriya-uzre-novbeti-danisiqlar-sentyabrin-evvelinde-baslayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR