Atlantik okeanında 6,7 bal gücündə zəlzələ olub

Atlantik okeanında 6,7 bal gücündə zəlzələ olub
07:47 18 Avqust 2017
177 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Atlantik okeanının cənubunda zəlzələ olub.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Seysmoloqların məlumatına görə, yeraltı təkanlar 6,7 bal gücündə qeydə alınıb. Zəlzələnin episentri Britaniya adalarının xarici hissəsinin tərkibinə daxil olan Vozneseniyanın inzibati mərkəzi olan Corctaun şəhərindən 779 kilometr məsafədə yerləşib. Zəlzələ ocağı 19 kilometr dərinlikdə olub.
Sunami təhlükəsi elan olunmayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/atlantik-okeaninda-zelzele-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR