Neftçalada avtomobil 65 yaşlı kişini vurub

Neftçalada avtomobil 65 yaşlı kişini vurub
07:52 18 Avqust 2017
218 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçala. 18 avqust. REPORT.AZ/ Neftçala rayonunda avtomobil piyadanı vurub.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Həsənabad qəsəbəsi ərazisində qeydə alınıb.
Qəsəbə sakini 65 yaşlı Gülağa Famil oğlu İmanov yolu keçən zaman “VAZ-2107” markalı avtomobil onu vurub. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilk tibbi yardım göstərilib. Lakin G.İmanovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/neftcalada-avtomobil-65-yasli-kisini-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR