İspaniyada növbəti terror - 4 terrorçu məhv edildi

İspaniyada növbəti terror - 4 terrorçu məhv edildi
09:13 18 Avqust 2017
123 Dünya
Ölkə mətbuatı
A- A+

İspaniyanın Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər.

Hücum nəticəsində iki nəfər ağır, beş nəfər isə yüngül xəsarət alıb. Yaralananlar arasında polis əməkdaşının olduğu bildirilir.

Məlumata görə, polisin operativ müdaxiləsi nəticəsində 4 terrorçu məhv edilib, daha biri yaralanıb.
terrorçuların üzərindən kamikadzelərin istifadə etdiyi “şəhid kəmər”ləri (kəmərə bərkidilmiş partlayıcı qurğu) aşkarlanıb. Onlar Barselonada ötən axşam törədilən terror aktını təkrarlamaq niyyətində olublar.

Qeyd edək ki, ötən gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb, azı 100 nəfər isə xəsarət alıb. Terror aktını törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb, daha biri isə atışma zamanı məhv edilib. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR