Bakıda toyda qohumlar arasında DAVA: xəsarət alan var

Bakıda toyda qohumlar arasında DAVA: xəsarət alan var
09:18 18 Avqust 2017
157 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda toy mərasimində dava olub.

Hadisə Qaradağ rayonundakı şadlıq saraylarından birində baş verib.

Belə ki, mərasim zamanı Sarıyev Qabil Ağakərim oğlu keçmiş qaynı və xalası oğlu Paşayev Elnur Rasim oğlu tərəfindən döyülüb. Nəticədə o, ağır kəllə-beyin xəsarəti alıb.

Hadisə yerinə çağırılan təcili yardım maşını Q.Sarıyevi 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə çatdırıb və o, reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törətmiş E.Paşayev isə qaçıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/210241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR