Çin ordusunun 26 komandanı işdən çıxarılıb

Çin ordusunun 26 komandanı işdən çıxarılıb
09:37 18 Avqust 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Çin hökuməti Xalq Azadlıq Ordusunun (ordunun rəsmi adı belədir) 26 komandanını və 13 quru qoşun birləşməsinin hamısının siyasi komissarlarını dəyişib.
“Report” TASS-a istinadən xəbər verir ki, həmin vəzifələrə yeni təyinatlar rəsmi “Jenmin jibao” qəzetində dərc olunub.
Məlumata görə, bu ilin martında quru qoşunlarının sayının 18-dən 13-ə enəcəyi barədə məlumat yayılıb. Bu məlumatı bu ilin aprel ayında Çinin Müdafiə Nazirliyi təsdiqləyib. 2015-ci ili noyabrında isə Çin rəhbəri Si Tsizinpin orduda irimiqyaslı islahat keçirəcəklərini bildirib.
Ümumiyyətlə,  2018-ci ilədək Çin Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 300 minədək ixtisar olunaraq, 2 milyona endiriləcək. 2020-ci ilədək isə orduda təşkilati-kadr islahatı başa çatdırılacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cin-ordusunun-26-komandani-isden-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR