Azərbaycan gömrükçüləri narkotik vasitələr aşkar ediblər

Azərbaycan gömrükçüləri narkotik vasitələr aşkar ediblər
10:37 18 Avqust 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqsut. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarina qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İdarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
“Report” xəbər verir ki, yoxlama zamanı həmin şəxsin daxili orqanı-düz bağırsağından 2 ədəd bükümdə xalis çəkisi 11,05 qram olan narkotik vasitə heroin və 1 ədəd bükümdə xalis çəkisi 1,3 qram olan psixotrop maddə-metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-gomrukculeri-narkotik-vasiteler-askar-edib-a-a-a

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR