Amerika şirkəti Azərbaycanda şoranlaşmanın qarşısını almaq üçün təkliflər irəli sürüb

Amerika şirkəti Azərbaycanda şoranlaşmanın qarşısını almaq üçün təkliflər irəli sürüb
10:42 18 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov ABŞ-ın “John Deere” şirkətinin MDB ölkələri üzrə direktoru Dirk Stratman (Dirk Strattman) və Azərbaycan üzrə nümayəndəsi Maksimilian Pouc (Maximilian Pauge) ilə görüşüb. Nazirlikdən "Report"a daxil olan məlumata görə, görüşdə əsas məqsəd “John Deere” şirkəti ilə Kənd Təsərrüfati Nazirliyi arasında əməkdaşlıq istiqamətləri haqqında müzakirələrin aparılması olub.
H.Əsədov “John Deere” şirkəti ilə əməkdaşlığı daha da genişləndirmək məqsədi ilə təhsil sahəsində işçi qrupunun yaradılmasını, həmçinin işçi qrupunun tərkibinə Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, “John Deere" şirkəti və fermerlərin də daxil olmasını məqsədəuyğun hesab edib. Əsas məqsəd yeni texnika və texnologiyalarla tanış olmaq, bu sahədə maarifləndirmə işlərini aparmaq ,eyni zamanda tədrisə təlabatın müəyyənləşdirilməsi, uzumüddətli tədris planının hazırlanması və qısa zamanda işçi qrupu təsdiq edildikdən sonra sentyabr ayında plana əsasən ilk toplantısının keçirilməsidir.
Nazir həmçinin “John Deere” şirkəti ilə bağlanmış müqavilələrə əsasən qısa zamanda pambıq yığımı mövsümünün başlanmasına qədər pambığyığan kombaynların respublikaya gətirilməsinin sürətləndirilməsinin vacibliyini şirkət nümayəndələrinin diqqətlərinə çatdırıb.
Görüşdə gələcəkdə bağçılıqda istifadə olunan yeni müasir texnikaların alınması barədə də fikir mübadiləsi aparılıb.
D.Stratman isə Azərbaycanla kənd təsərrüfatı sahəsində əlaqələri yüksək dəyərləndirdiyini və bundan sonra da əməkdaşlığına önəm verdiyini bildirib. O, qeyd edib ki, “John Deere” şirkətinin pambıqyığan kombaynları MDB ölkələri arasında bağlanmış müqavilələrə əsasən Azərbaycana ən ucuz qiymətə satılır. D. Strattman Azərbaycan torpaqlarında olan şoranlaşmanın qarşısını almaq məqsədi ilə təmsil etdiyi şirkət tərəfindən torpaqşünaslıq üzrə mütəxəssisləri dəvət etməklə tədbirlər planı hazırlanmasını nəzərə çatdırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/amerikan-sirketi-azerbaycanda-soranlasmanin-qarsisini-almaq-ucun-teklifler-ireli-surub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR