XİN: Barselonada törədilmiş terror aktlarını qəti şəkildə pisləyirik

XİN: Barselonada törədilmiş terror aktlarını qəti şəkildə pisləyirik
10:43 18 Avqust 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

Barselonada terror hücumlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb.

Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev vurğulayıb ki, Azərbaycanın İspaniya Krallığındakı səfirliyindən verilən məlumata görə, Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb:

"Səfirliyimiz İspaniyanın müvafiq qurumları ilə təmasları davam etdirir. Terror hadisəsinin qurbanı olan bir neçə şəxs var ki, hələ onların şəxsiyyəti müəyyən olunmayıb. Əlavə məlumat olduğu təqdirdə KİV-ə və ictimaiyyətə xəbər veriləcək".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/210258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR