Acun Ilıcalı azərbaycanlı müğənnini “O Səs Türkiyə”yə dəvət etdi - FOTO

Acun Ilıcalı azərbaycanlı müğənnini “O Səs Türkiyə”yə dəvət etdi - FOTO
10:48 18 Avqust 2017
198 Şou
Ölkə mətbuatı
A- A+

Keçən il “O Səs Türkiyə”də Hadisənin komandasında çıxış edən gənc ifaçı Ozan Əhmədov verilişdən təklif aldığını bildirib.

Publika.az xəbər verir ki, müğənni sözügedən musiqi yarışmasının növbəti mövsümündə çıxış etməyə artıq razılıq verib:

“Yaxın aylarda “O Səs Türkiyə” səhnəsində yenidən çıxış edəcəyəm. Bu, mənim üçün böyük bir hədiyyə oldu. Acun abi məni yenidən dəvət etdi”.

O.Əhmədovun sözlərinə görə o, hansı münsifi seçəcəyinə hələ ki dəqiq qərar verməyib.

Məlumat üçün bildirək ki, Ozan Əhmədov bu yaxınlarda ilk “Sevgilimin ad günü” adlı mahnısını təqdim edib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/210256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR