“Qəbələ” əvəzedicilərinə qalib gəldi

“Qəbələ” əvəzedicilərinə qalib gəldi
10:57 18 Avqust 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının II turunda “Sumqayıt”ı qəbul edəcək “Qəbələ” hazırlığını doğma məkanda davam etdirir. Fanat.Az xəbər verir ki, “qırmızı-qaralar” dünən yoxlama görüşü keçiriblər.

 

Belə ki, Roman Qriqorçukun yetirmələri “Qəbələ”nin əvəzedici heyəti ilə qarşılaşıblar. Oyun əsas komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qəbələ”nin heyətində qollara Ruslan Qurbanov və Elvin Məmmədov imza atıb.

 

Heyətdə zədəli futbolçunun olmaması məşqçilər korpusunu sevindirir.

 

Qeyd edək ki, avqustun 20-də keçiriləcək “Qəbələ” – “Sumqayıt” matçı saat 20:00-da start götürəcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qbl-vzedicilrin-qalib-gldi-t59987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR