Xaçmazda avtomobil qaçıran 2 yeniyetmə saxlanılıb

Xaçmazda avtomobil qaçıran 2 yeniyetmə saxlanılıb
11:57 18 Avqust 2017
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Xaçmaz rayonunda avtomobil qaçıran 2 yeniyetmə saxlanılıb.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə avqustun 17-də rayonun Qaradağlı kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini Xanbala Zaidova məxsus "VAZ-21010" markalı avtomobil naməlum şəxslər tərəfindən qaçırılıb. Zərərçəkən dərhal Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verib.
Xaçmaz RPŞ  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Şabran rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sabranda-avtomobil-qaciran-2-yeniyetme-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR