İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib
12:12 18 Avqust 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Barselonada törədilən terror aktı ilə əlaqədar İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.
Bu barədə "Report"a İspaniyanın Bakıdakı səfirliyinən məlumat veriblər. 
Səfirlikdən həmçinin bildiriblər ki, yerli vaxtla saat 12:00-da bütün İspaniya ərazisində terror hücumu nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə bir dəqiqəlik sükut elan olunacaq.
Xatırladaq ki, avqustun 17-də Barselonanın mərkəzindəki piyada keçidli Rambla küçəsində naməlum sürücü idarə etdiyi avtomobili piyadaların üzərinə sürüb. Nəticədə 13 nəfər həlak olub, 119 nəfər yaralanıb. Polis 3 şübhəli şəxsi saxlayıb, amma sürücünün axtarışları hələ ki davam etdirilir.
Oxşar terror aktı Kambrilsdə törədilib, 7 nəfər xəsarət alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-spaniyanin-azerbaycandaki-sefirliyinde-dovlet-bayragi-endirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR