Sumqayıtda qadının çantasını soyğunçuluq yolu ilə alan şəxs hadisə yerində tutulub

Sumqayıtda qadının çantasını soyğunçuluq yolu ilə alan şəxs hadisə yerində tutulub
12:32 18 Avqust 2017
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Sumqayıtda qadının çantasını soyğunçuluq yolu ilə alan şəxs hadisə yerində tutulub. 
Daxili İşlır Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, avqustun 16-da Sumqayıt şəhəri Zülfü Hacıyev küçəsində naməlum şəxs yolu keçən bir qadının içərisində qızıl-zinət əşyaları, bank kartı və pul olan çantasını alaraq qaçıb. 
Nazirlikdən bildirilib ki, bu zaman qadın yaxınlıqda xidmət aparan yol polisi əməkdaşlarına yaxınlaşaraq hadisə barədə məlumat verib və onlardan kömək istəyib. 
Ərazidə xidmət aparan Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları baş serjantlar Sahib Əkbərov və İsa Hüseynov dərhal reaksiya göstərərək qadının çantasını soyğunçuluq yolu ilə alaraq qaçan şəxsi təqib etməyə başlayıblar. 
Polis əməkdaşlarının çevikliyi sayəsində cinayəti törədən şəxs hadisə yerindən bir neçə yüz metr kənarda yaxalanaraq ələ keçirdiyi maddi sübutlarla birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) təhvil verilib.
Araşdırma zamanı cinayət törədərək qaçmağa cəhd göstərən şəxsin Bakı şəhər sakini Nizami Ağəliyev olduğu məlum olub və o, ifadəsində törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sumqayitda-qadinin-cantasini-soygunculuq-yolu-ile-alan-sexs-hadise-yerinde-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR