SOCAR prezidenti Etilen-Polietilen Zavodundakı təmir və modernizasiya işlərinin gedişi ilə tanış olub

SOCAR prezidenti Etilen-Polietilen Zavodundakı təmir və modernizasiya işlərinin gedişi ilə tanış olub
12:42 18 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Sumqayıt şəhərində olub, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodunda aparılan əsaslı təmir və modernizasiya işlərinin gedişi ilə tanış olub.
“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, şirkət prezidentinə məlumat verilib ki, avqustun 10-dan zavodda əsaslı təmir işlərinə başlanılıb və bu işlər 20 sentyabr - neftçilərin peşə bayramı günü ərəfəsində yekunlaşdırılacaq. 40 gün davam edəcək əsaslı təmir zamanı icra olunacaq tədbirlər planı SOCAR prezidentinə təqdim olunub, görüləcək işlərin təsnifatı müzakirə edilib. Bildirilib ki, Etilen-Polietilen Zavodunda “Technip Italy S.p.A.” şirkəti tərəfindən icrasına start verilmiş və 2019-cu ilə qədər mərhələli şəkildə həyata keçiriləcək layihələr çərçivəsində mövcud texnoloji qurğular modernləşdiriləcək, yeni qurğular və yardımçı sahələr inşa olunacaq, bununla da müəssisənin istehsal gücü artırılacaq, “SOCAR Polymer” layihəsi çərçivəsində Sumqayıt Kimya Sənaye parkında tikilən polipropilen və polietilen qurğuları xammal ilə təmin ediləcək, nəticə etibarilə də ölkənin bu məhsullara tələbatı ödəniləcək, ixrac potensialı gücləndiriləcək. Eyni zamanda, texnoloji prosesin stabil və təhlükəsiz istismarının gücləndirilməsi, xammal və hazır məhsulların keyfiyyətinin yüksəldilməsi təmin olunacaq.
R.Abdullayev həyata keçirilən əsaslı təmir və modernləşdirmə işlərinin əhəmiyyətini vurğulayaraq, kimyaçılara uğurlar arzulayıb. 
Sonra SOCAR prezidenti şirkətin balansında olan “Kimyaçı” Mədəniyyət Sarayına gələrək, burada aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.


Xəbərin orijinal ünvanı: https://report.az/senaye/socar-prezidenti-etilen-polietilen-zavodundaki-temir-ve-modernizasiya-islerinin-gedisi-ile-tanis

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR