"Səbail"in legioneri Azərbaycanı təriflədi

"Səbail"in legioneri Azərbaycanı təriflədi
12:47 18 Avqust 2017
152 İdman
Ölkə mətbuatı
A- A+

"Səbail”ə keçidim ani oldu. Menecerim məni özümü sınamalı olduğuma inandırdı. Müqavilə bağlamazdan öncə iki yoxlama oyununda iştirak etdim. "Atlantas” keçidim üçün heç bir problem yaratmadı, lazım olan sənədləri verdilər. Buna görə kluba minnətdarlığımı bildirirəm və Litva çempionatında uğurlar arzulayıram”. 


Bunu "Səbail” klubunun yeni transferi Edqaras Zarskis futbolas.lt saytına müsahibəsində deyib.


23 yaşlı müdafiəçi bildirib ki, Azərbaycan təmsilçisi onun keçidi üçün sabiq klubu – Litva "Atlantas”ına pul ödəməyib: "Təəssüf ki, heç bir vəsait ödənilmədi. Müqaviləmdə başqa kluba keçə biləcəyimlə bağlı bənd vardı. Klub "yaşıl işıq” yandırmalı idi. "Səbail” hədəfləri olan və inkişaf edən ölkənin komandasıdır. Burada irəliləyiş üçün şərait var və kollektivdəki futbolçular qardaş kimidirlər. "Atlantas”dan getməyi planlaşdırmırdım, lakin belə variant olanda özünü sınamaq lazımdır. Vaxtilə Azərbaycanda çıxış etmiş Robertas Poşkus, Paulius Paknis və Valdas Trakislə məsləhətləşdim. Onlar ölkə barədə xoş sözlər dedilər və lazımı məsləhətlər verdilər. "Səbail” 2016-cı ildə yaradılmış  klubdur. Hələlik ölkə çempionatında özünü göstərmək istəyir. Avrokuboklara vəsiqə qazanmaq üçün zamana ehtiyac var. Rəqiblərimizə öz gücümüzü göstərmək istəyirik. İlk turda "Zirə” ilə oyunda bunu bacardıq. Rəqib debütantı asan məğlub edəcəyini gözləyirdi”.

İş adamının oğlu "Range Rover"lə qəzaya düşdü: yaralı var


Legioner futbolçu Azərbaycana gələn zaman ürəyinin səsinə qulaq asdığını söyləyib: "Bakıya getməmişdən qabaq yalnız şikayətlər və futboldan kənar şeylər eşidiridim. Amma mənim üçün ən yaxşı mühakimə ürəyimə yatan və hər gün dinlədiyim Gintare Yautakaytenin mahınılarıdır. O zaman mənfi hər şey yoxa çıxır, ürəyimin səsinə qulaq asıram. Bakıda həyat fərqlidir. Əsasən də hava şəraitinə uyğunlaşmaq çətindir. Əksər hallarda temperatur müsbət 40 dərəcə olur. Özümə qarşı hər zaman tənqidi yanaşıram, çünki daha yaxşı oynaya bilərəm. İlk oyunda uduzduq, lakin bu, normaldır, komanda yenidir. Bazar günü "Neftçi”ni qəbul edəcəyik və ilk xalı aktivimizə yaza bilərik. Qələbə qazanmağa çalışacağıq”.


Litvalı oyunçu "Qarabağ”ın Çempionlar Liqasında uğurlu çıxışına da diqqət çəkib: "Litva və Azərbaycan futbolunu müqayisə etmək istəmirəm. Bu, analitiklərin işidir. Onu deyə bilərəm ki, inkişafda olan çempionatın bütün oyunları canlı yayımlanır və bir çox komandalarda yığma üzvləri yer alıb. "Qarabağ” Çempionlar Liqasının "pley-off” mərhələsinin ilk oyununda "Kopenhagen”i məğlub edib və qrupa düşməyə yaxındır. Əlbəttə, Litvanın "Suduva” komandası da yaxşı təsir bağışlayır və Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanma şansı var”. (Report)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsbailquotin-legioneri-azrbaycan-trifldi-t59992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR