"Barselona"nın futbolçusu Arda Turan Barselona şəhərində baş verən teraktla bağlı fikirlərini paylaşıb.

Fanat.Az xəbər verir ki, türk futbolçu bu haqda "tvitter" hesabında yazıb:


O, "Dualarım hücumda həyatını itirənlər və yaxınlar üçündür. Barselona üçün birlik vaxtıdır", deyir.

Qeyd edək ki, Kambrils şəhərində naməlum şəxslər avtomobillə piyada zolağına çıxmağa cəhd edib.

Nəticədə 7 nəfər xəsarət alıb. Ancaq terror aktını başa çatdırmaq terrorçulara müyəssər olmayıb. Polis şəxsləri zərərsizləşdirib. Bu hücum Barselonada 13 nəfərin həyatına son qoyan terraktdan cəmi bir neçə saat sonra törədilib.


Fanat.Az