Formatı dəyişən "Lider" TV 14 saatlıq yayıma keçir – AÇIQLAMA

Formatı dəyişən "Lider" TV 14 saatlıq yayıma keçir – AÇIQLAMA
14:58 18 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bir neçə müddətdir mətbuatda "Lider"TV ilə bağlı işçilərin maaşının gecikdirilməsi, bəzi proqramların bağlanılması və işçilərin çıxarılması ilə bağlı yazılar çıxır.

Publika.az xəbər verir ki, bu gün yayılan məlumatda isə telekanalın 24 saatlıq yayımdan 14 saatlıq yayıma keçəcəyi bəlli olub. Bu barədə saytımıza açıqlama verən kanalın mətbuat katibi Sədan Bünyadova baş verən hadisəyə belə aydınlıq gətirib:

“Telekanal rəhbərliyi belə qərar verdi ki, saat 08:00-dən gecə 02:00-yədək yayım edək. Bundan sonra ağırlığı daha çox xəbər buraxılışlarına verəcəyik. Çünki insanların həmişə xəbərə ehtiyacı var”.

Maarifləndirici xarakterli proqramların efir həyatına davam edəcəyini bildirən kanal rəsmisi şou verilişlərə daha az yer veriləcəyini açıqlayıb. "Lider"TV-də yayımlanan “Lider maqazin” proqramı barədə danışan S.Bünyadova bunları deyib:

“Maqazin və şou-bizneslə bağlı olan hadisələr də çox izlənildiyi üçün “Lider maqazin” proqramı davam edəcək. Nəticədə, onlar da xəbər sayılır”.

S.Bünyadovanın verdiyi açıqlamaya görə, telekanalda yayımlanan digər maqazin proqramı “Bu bizik Toliklə” verilişinin isə aqibəti hələ ki, bəlli deyil.

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/210288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR