Uşağı öldürən alman Polşa klubunu ziyana saldı - FOTO

Uşağı öldürən alman Polşa klubunu ziyana saldı  - FOTO
15:17 18 Avqust 2017
135 İdman
Ölkə mətbuatı
A- A+

 

UEFA "Legiya"nı cəzalandırıb. Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının  III təsnifat mərhələsi çərçivəsində avqustun 2-də baş tutan "Legiya" - "Astana" matçında polşalı fanatların açdığı banneri siyasi məzmunlu sayıb.



 Eyni zamanda, Qazaxıstan təmsilçisiylə görüşdə stadionun çıxışlarının bağlanması da qaydalara zidd hesab edilib. Avropa futbol qurumu Polşa təmsilçisinə 35 min avro para cəzası kəsib.


Qeyd edək ki, bannerdə 1944-cü ildəki Varşava qiyamında alman əsgərin polşalı uşağın başına tapança dirədiyi an təsvir edilmişdi. Pankartda qanlı olay zamanı 160 min nəfərin qətlə yetirildiyi və bunlardan mininin uşaq olduğu da yazılmışdı. 

 


Fanat.Az

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ua-oldurn-alman-pola-klubunu-ziyana-sald-t59997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR