Səudiyyə Ərəbistanının ağırlıqqaldırma üzrə yığma komandası Azərbaycana təlim-məşq toplanışına gələcək

Səudiyyə Ərəbistanının ağırlıqqaldırma üzrə yığma komandası Azərbaycana təlim-məşq toplanışına gələcək
15:17 18 Avqust 2017
135 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanının ağırlıqqaldırma üzrə yığma komandası Azərbaycana təlim-məşq toplanışına gələcək.
Azərbaycan Ağır Atletika Federasiyasından “Report”a verilən məlumata görə, səfərin məqsədi qarşıdakı beynəlxalq yarışlara ciddi hazırlıqdır. 16 nəfərlik heyət yığmanın Xırdalandakı AAAF Park Yaşayış Kompleksində yerləşən mərkəzi ağır atletika təlim-məşq bazasında məskunlaşacaq.
Qonaq atletlər avqustun 21-dən sentyabrın 16-na qədər hazırlıq keçəcəklər.
Bu toplanış milli komandaların üzvləri, həmçinin federasiyalar arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsinin artırılması, həmrəylik dəyərlərinin qorunması və möhkəmləndirilməsi baxımından da əhəmiyyət daşıyır.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/seudiyye-erebistaninin-agirliqqaldirma-uzre-yigma-komandasi-azerbaycana-telim-mesq-toplanisina-gele

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR