Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş 50 min ədəd siqaretin realizəsinin qarşısı alınıb

Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş 50 min ədəd siqaretin realizəsinin qarşısı alınıb
15:17 18 Avqust 2017
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xəzər Dənizində İqtisadi Mənafelərin Mühafizəsi Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, üzərində aksiz markası olmayan tütün məmulatlarının Bakı şəhərində realizə edilməsi barədə məlumat daxil olub.
Bu barədə “Report” DGK-ya istinadən xəbər verir.
Məlumatda deyilir ki, dərhal Komitənin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar dairəsi ərazisində əməliyyat keçirilib və əməliyyat nəticəsində saxlanılan ölkə vətəndaşı Yunsur İnsaf oğlu Əsədovun idarə etdiyi "Samand Soren" markalı, 99-AG-750 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerindən 3 ədəd karton qutuda, üzərində yerli aksiz markaları olmayan 50 min siqaretlər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycana-qacaqmalciliq-yolu-ile-getirilmis-50-min-eded-siqaretin-realizesinin-qarsisi-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR