Rusiya ilk dəfə Türkiyəni "Ka-32" helikopterləri ilə təchiz edəcək

Rusiya ilk dəfə Türkiyəni "Ka-32" helikopterləri ilə təchiz edəcək
15:37 18 Avqust 2017
135 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Rusiya ilk dəfə Türkiyə və Taylandı çoxməqsədli "Ka-32" helikopterləri ilə təchiz edəcək.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, "Vertolyotı Rossii" holdinqinin yaydığı məlumatda şirkətin xarici ölkələrə bu tip 8 helikopter göndərəcəyi bildirilib.
İmzalanmış sazişlərin detalları açıqlanmır.
Qeyd edək ki, "Ka-32" tipli çoxməqsədli helikopter xüsusi axtarış-xilasetmə və yüksəklikdə montaj işlərinin həyata keçirilməsi, yanğınsöndürmə, yükdaşıma, xəstə və yaralıların evakuasiyası, həmçinin patrul və xüsusi xidmət orqanlarının əməliyyatlarını həyata keçirmək üçün nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-ilk-defe-turkiyeni-ka-32-helikopterleri-ile-techiz-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR