"Neftçi” futbol klubu yeni üzvlük kartlarının satışına start verib

"Neftçi” futbol klubu yeni üzvlük kartlarının satışına start verib
15:42 18 Avqust 2017
134 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ "Neftçi” futbol klubu yeni üzvlük kartlarının satışına start verib.
“Report”un paytaxt təmsilçisinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, azarkeşlər "N-Kart” adı altında satışa çıxarılmış 4 fərqli kartı əldə etməklə həm komandanın bütün ev oyunlarını (avrokubok oyunları da daxil olmaqla) "Bakcell Arena”dan canlı izləmək imkanı qazana, həm də klubun və onun tərəfdaşlarının təklif və imtiyazlarından yararlana bilərlər.
“Balaca kart”ın qiyməti 9,37 manatdırsa, “Ağ kart”ı 19,37 manata, “Qara kart”ı 79,37 manata, “Qızı kart”ı isə 193,70 manata əldə etmək olar.
Bu gündən kartları klubun rəsmi saytındakı "N-Kart” və "Fan Shop Online” bölməsində onlayn şəkildə internet üzərindən sifariş etmək olar.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-futbol-klubu-yeni-uzvluk-kartlarinin-satisina-start-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR