Tovuzda yol qəzası olub, bir ailənin 4 üzvü ağır yaralanıb

Tovuzda yol qəzası olub, bir ailənin  4 üzvü ağır yaralanıb
15:47 18 Avqust 2017
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 18 avqust. REPORT.AZ/ Tovuz rayonun da baş verən yol qəzasında xəsarət alan yaralılardan ikisinin adı məlum olub. 
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində avtomobildə olan rayon sakinləri - 1995-ci il təvəllüdlü Aslanzadə Kəramət Məhərrəm oğlu və 1994-cu il təvəllüdlü Əliyev Cavid Vaqif oğlu ağır bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***15:30
Tovuz. 18 avqust. REPORT.AZ/ Tovuz rayonunda avtomobil qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əsrik kəndində baş verib.
İlkin məlumata görə, idarə etmədən çıxan avtomobilin aşması nəticəsində bir ailənin 4 üzvü ağır yaralanıb. Onalardan ikisi Tovuz rayon Mərkəzi Xəstəxanasına catdırılıb. Yaralıların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-yol-qezasi-olub-bir-ailenin-4-uzvu-agir-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR