Ata qızına təcavüz edəni öldürdü - VİDEO

Ata qızına təcavüz edəni öldürdü - VİDEO
16:03 18 Avqust 2017
185 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Adana şəhərində ata qızına təcavüz edən şəxsi öldürüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avqustun 14-də M.R.Y adlı şəxs 15 yaşlı qıza təcavüz edib.

B.Əmrah qızını zorlayan M.R.Y adlı şəxsin iş yerinə gələrək onu öldürəcəyini deyib. Daha sonra B.Əmrah avtomobilin içərisində odlu silahdan 4 dəfə atəş açaraq onu yaralayıb. Həkimlərin bütün səylərinə baxmayaraq, M.R.Y xəstəxanada dünyasını dəyişib.

Saxlanılan B.Əmrah qızının başına gətirilənləri heç kimin övladı yaşamasın deyə bu addımı atdığını deyib: "Azyaşlı köməksiz uşağa təcazvüz edənin cəzası ölümdür. O, sabah bir başqa uşağın da həyatını məhv edərdi. Bu, namus məsələsidir".

Faktla bağlı istintaq başladılıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR