Qaçaqmalçılıqla gətirilən 50 min ədəd siqaretin satışının qarşısı alınıb

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən 50 000 ədəd siqaretin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Metbuat.az- verilən məlumata görə, Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi (XDARİMM) Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan tütün məmulatlarının Bakı şəhərində realizə edilməsi barədə məlumat daxil olub.

Dərhal Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar dairəsi ərazisində əməliyyat keçirilib və əməliyyat nəticəsində saxlanılan Azərbaycan vətəndaşı Əsədov Yunsur İnsaf oğlunun idarə etdiyi "Samand Soren" markalı, 99-AG-750 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerindən 3 ədəd karton qutuda, üzərində müvafiq aksiz markaları olmayan siqaretlər aşkar olunub.

Yükə gömrük baxışı keçirilməsi məqsədilə Əsədov Yunsur İnsaf oğlu Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin inzibati binasına dəvət olunub. Yoxlama zamanı avtomobilin yük yerindəki 3 ədəd karton qutudan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 50 000 siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

“Neft Daşları”ında yeni quyu istismara verilib - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR