İspaniyada terror aktı ilə əlaqədar dördüncü şübhəli şəxs saxlanılıb

İspaniyada terror aktı ilə əlaqədar dördüncü şübhəli şəxs saxlanılıb
16:32 18 Avqust 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Kataloniya polisi Barselona və Kambrils şəhərlərində törədilmiş terror aktları ilə əlaqədar dördüncü şübhəli şəxsi saxlayıb.
Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir.
Kataloniyanın təcili yardım xidmətinin "Twitter" səhifəsində isə terror aktları ilə əlaqədar həlak olanların sayının 14-ə çatdığı barədə məlumat yerləşdirilib. Məlumata görə, Kambrils şəhərindəki hücum zamanı güllə yarası alan qadın xəstəxanada keçinib.
Kataloniya hökumətinin səhiyyə üzrə müşaviri Anthoni Komin "Catalunya Ràdio" radiostansiyasına verdiyi müsahibədə Barselonadakı terror hücumları nəticəsində yaralananların sayının 130-a çatdığını bildirib.
Onun sözlərinə görə, xəsarət alanların 16 nəfərinin vəziyyəti ağırdır..

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-spaniyada-terror-akti-ile-elaqedar-dorduncu-subheli-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR