Rusiyanın Türkiyəyə investisiyaları 10 mlrd. dollara çatıb

Rusiyanın Türkiyəyə investisiyaları 10 mlrd. dollara çatıb
17:02 18 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Rusiyanın Türkiyə iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi 10 mlrd. ABŞ dolları təşkil edir.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak İzmirdə keçirilən beynəlxalq tədbirdə bildirib.
“Hazırda Rusiya şirkətlərinin Türkiyəyə yatırdığı investisiyaların ümumi məbləği 10 mlrd. dollar təşkil edir. Eyni məbləğ Türkiyə şirkətləri tərəfindən Rusiyada həyata keçirilən layihələrə yatırılıb”, - deyə nazir qeyd edib.
A.Novak əlavə edib ki, hazırda sənaye, kənd təsərrüfatı və yüksək texnologiyalara investisiya yatırmaq üçün yaxşı imkanlar açılıb. O bildirib ki, potenasialda 1 mlrd. dollardan artıq ehtiyata sahib olacaq birgə investisiya fondunun yaradılması nəzərdə tutulur. O, infrastruktur, səhiyyə və ticarət üçün binaların tikintisi sahəsində əməkdaşlığa yönəldiləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/rusiyanin-turkiyeye-investisiyalari-10-mlrd-dollara-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR