Azərbaycan - San Marino matçının stadionu dəyişdirilib

Azərbaycan - San Marino matçının stadionu dəyişdirilib
17:02 18 Avqust 2017
112 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də Bakıda keçiriləcək Azərbaycan – San Marino oyununun stadionu dəyişdirilib. "Report"un məlumatına görə, UEFA AFFA-nın müraciətini müsbət cavablandırıb. 
Qarşılaşmanın əvvəlcə Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin “Bakcell Arena”da Avropa Liqasının qrup mərhələsinin oyunlarının keçirilməyəcəyini, IV İslam Həmrəyliyi Oyunlarından sonra Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının oyunu üçün hazırlıq prosesinin tam yekunlaşmadığını nəzərə alaraq, AFFA Azərbaycan – San Marino qarşılaşmasının “Bakcell Arena”da təşkil olunması ilə əlaqədar UEFA-ya müraciət edib.
Azərbaycan – San Mariono oyunu üçün Bakı Olimpiya Stadionuna bilet almış şəxslər 28 Mall Alış-Veriş Mərkəzindəki bilet satışı məntəqəsində biletlərini dəyişə bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/azerbaycan-san-marino-matcinin-stadionu-deyisdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR