Azərbaycan - San Marino oyununun yeri dəyişdirildi

Azərbaycan - San Marino oyununun yeri dəyişdirildi
17:17 18 Avqust 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də Bakıda keçiriləcək Azərbaycan - San Marino oyununun stadionu dəyişdirilib. Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın əvvəlcə Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulmuşdu.

 

8-ci km qəsəbə stadionunda UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin oyunlarının keçirilməyəcəyini, IV İslam Həmrəyliyi Oyunlarından sonra Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının oyunu üçün hazırlıq prosesinin tam yekunlaşmadığını nəzərə alaraq, AFFA Azərbaycan - San Marino qarşılaşmasının yerini dəyişməyi məqsədəuyğun sayıb.

 

Matçın 8-ci km qəsəbə stadionunda təşkil olunması ilə əlaqədar UEFA-ya müraciət edib və müraciət müsbət cavablandırılıb. Azərbaycan - San Mariono oyunu üçün Bakı Olimpiya Stadionuna bilet almış şəxslər 28 Mall Alış-Veriş Mərkəzindəki bilet satışı məntəqəsində biletlərini dəyişə bilərlər.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-san-marino-oyununun-yeri-dyidirildi-t60002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR