Baş Prokurorluq internet saytlarının rəhbərlərinə xəbərdarlıq edib

Baş Prokurorluq internet saytlarının rəhbərlərinə xəbərdarlıq edib
17:37 18 Avqust 2017
156 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Baş Prokurorluq internet saytlarının rəhbərlərinə xəbərdarlıq edib.
Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Baş Prokurorluqda aparılan araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “Xural.com”, “Aztoday.az”, “İnfoaz.org” internet saytlarında müxtəlif başlıqlar altında dərc edilmiş məqalələrdə sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi güdən yalan və qərəzli məlumatlar yayılıb.
Məlumata görə, bununla əlaqədar həmin saytların baş redaktorları Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbərləri olduqları internet saytlarında sensasiya naminə, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəklərinə dair rəsmi xəbərdarlıq ediliblər.

Xəbərin orijinal ünvanı: https://report.az/media/bas-prokurorluq-internet-saytlarinin-rehberlerine-xeberdarliq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR