Burundidə iki gecə klubunda partlayış olub, 3 nəfər ölüb, 27 nəfər yaralanıb

Burundidə iki gecə klubunda partlayış olub, 3 nəfər ölüb, 27 nəfər yaralanıb
17:52 18 Avqust 2017
166 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Burundinin paytaxtı Bujumbura şəhərində naməlum şəxslər iki gecə klubuna hücum edib. 
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 27 nəfər yaralanıb.
İnformasiyaya əsasən, naməlum şəxslər iki gecə klubuna qranat atıb. Partlayış nəticəsində bir nəfər hadisə yerində ölüb, xəsarət alan 29 nəfər xəstəxanaya çatdırılıb. Onlardan ikisi də xəstəxanada dünyasını dəyişib. 
Şahidlər bildirib ki, hücum edənlər müştəriləri qarət etməyə, yaxud gecə klubundan nəsə oğurlamağa cəhd göstərməyib. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/burundide-iki-gece-klubunda-partlayis-olub-3-nefer-olub-27-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR