"Milan"ın sabiq futbolçusu Azərbaycan yığmasının üzvü ilə eyni komandada çıxış edəcək

"Milan"ın sabiq futbolçusu Azərbaycan yığmasının üzvü ilə eyni komandada çıxış edəcək
17:57 18 Avqust 2017
182 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi Almaniyanın “Ayntraxt” klubu heyətini gücləndirib.
“Report”un Frankfurt təmsilçisinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bundesliqada mübarizə aparan klub qanalı yarımmüdafiəçi Kevin-Prins Boatenqlə 30 iyun 2020-ci ilə qədər müqavilə bağlayıb. 
Qeyd edək ki, sonuncu iş yeri İspaniya “Las Palmas”ı olan Boatenq karyerası ərzində “Borussiya” (Dortmund), “Şalke”, “Tottenhem” və “Milan” kimi klublarda çıxış edib. O, ötən mövsüm iştirak etdiyi 28 matçda 10 qol vurub, 4 məhsuldar ötürmə verib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/milan-in-sabiq-futbolcusu-azerbaycan-yigmasinin-uzvu-ile-eyni-komandada-cixis-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR