ABŞ Guamdakı hərbi bazasını açıq elan etdi

ABŞ Guam adasındakı hərbi bazasını mediaya açıq elan edib.

Metbuat.az xəbər verir ki, açılış zamanı “B-1B Lancer” tipli nüvə silah daşıma tutumuna sahib uzun mənzilli bombardman təyyarəsi havaya qalxıb. Uçuşun məqsədi isə açıqlanmayıb.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Guam adasının sakinlərinə raket zərbələri endiriləcəyi təqdirdə lazımi tədbirlər haqda göstəriş verib.

Şimali Koreya tərəfindən Guam adasına raket zərbələri xəbərdarlığı edilsə də, adaya gələn turistlərin sayında azalma müşahidə edilmir.

Qeyd edək ki, ABŞ-ın Guam hərbi bazasında 7 min əsgəri var.

Dəhşətli yol qəzası: 7 ÖLÜ, 10 YARALI - TÜRKİYƏ-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR