Yeni dərs ilinin başlanmasına bir aydan az bir vaxt qala paytaxtın kirayə məzil bazarında canlanma yaşanır. Bölgələrdən bakıya üz tutan tələbələrin sayının artması bazarda tələb və təklifi dəyişir. Maraqlıdır, qiymətlərə təsiri olacaqmı?
“Mövsümlə bağlı kirayə mənzil bazarında qiymət artımı gözlənilir”.
Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, bazarda təklif də azalıb:
“Əvvəllər tələbələrin qalmaq üçün seçdiyi yerlərdə söküntü işləri aparılıb. Məsələn, “Sovetski” universitetlərə yaxın olduğundan, Sovet dönəmindən tələbələrin ən çox kirayə qaldığı məkanlardan biri olub. Həmin ərazilər söküldükdən sonra kirayə mənzil bazarında tələbə uyğun təklifin azaldığını görürük. Bu səbəblə, universitetlərə yaxın ərazilərdə - “Elmlər Akademiyası”, “Baksovet” Metrosu və Cavid prospektində kirayə mənzillərin qiymətinin artma ehtimalı var. Lakin şəhərətrafı kirayə məzil bazarında ciddi qiymət artımı gözlənilmir. Qiymət artımı təqribən oktyabr ayına qədər davam edə bilər. Oktyabrdan sonra əlindəki mənzilini kirayə verə bilməyənlər məcburən qiymətdə endirimlər etməyə başlayacaqlar”.
Xəyalə Məmmədova / METBUAT.AZ