“Unibank”ın 5 filialı şənbə günlərinə işi bərpa edib

“Unibank”ın 5 filialı şənbə günlərinə işi bərpa edib
18:27 18 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/ “Unibank” ASC-nin paytaxt və bölgələrdə yerləşən 5 filialı müştərilərin tələbatını nəzərə alaraq şənbə gününə olan iş rejimini bərpa edib. Artıq “Əcəmi”, “Neftçilər”, 15 saylı, “Sumqayıt” və “Gəncə” filialları həftə sonu saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir.
“Report” bu barədə Banka istinadən xəbər verir.
Şənbə rejimində işləyən filiallar müştərilərə kredit, depozit, sürətli pul köçürmələri, kassa əməliyyatları və digər bank xidmətləri göstərir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/unibank-in-5-filiali-senbe-gunlerine-isi-berpa-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR